Portuqaliyanın Tomar şəhərində başlarında böyük kompozisiya gəzdirən qadınların ənənəvi yürüşü keçirilib.
“Euronews” xəbər verir ki, rəngarəng parada 700-dən çox iştirakçı qatılıb. Xüsusi ağ kostyumlar geyinən qadınlar, tac formasında olan 16 kiloqram sinilərdə çörək və güllərdən düzəldilmiş kompozisiyalarla, şəhərin mərkəzində 5 kilometr yol qət ediblər.
Məlumat üçün bildirək ki, sözügedən yürüşdə yalnız qadınlar iştirak edə bilər. Qadınların yanında duran kişilər isə yalnız ehtiyac yarandıqda onlara kömək edə bilər.
Qeyd edək ki, festival 16-cı əsrdən bəri hər 4 ildən bir keçirilir.(Qafqazinfo.az)