Rasif İMANOĞLU
VUR VAXTINDA
Sınan ağac, donan budaq
Çətin, bir də bar gətirə.
Qışdan başqa şey gözləmə,
Soyuq, şaxta qar gətirər.
.
Çox az şeydir ancaq görmək,
Vacibdir çox şeyi bölmək.
Böyük-kiçik yeri bilmək
Hər ocağa var gətirər.
.
Çox gedəcək düşmən göylə?
Vur, vaxtında zəlil eylə!
Bükülən qol, özün söylə
Məgər təkcə ar gətirər?
ADAMLIĞI OLMAYANLAR
Kələk çoxmu qurasıdır?
Düzü çoxmu qırasıdır?
Nə adam?
Üz qarasıdır,
Adamlığı olmayanlar.
.
Nədən belə çoxalırlar?
Nə verdilər, çox alırlar?
Adamlıqdan çıxarırlar
Adamlığı olmayanlar.
.
Düz sözü bir ox sayarlar,
Yalanları oxşayarlar.
Lap adama oxşayarlar
Adamlığı olmayanlar.
.
Keçib başda oturarlar,
Yalnız qarın otararlar,
Hər tərəfi batırarlar
Adamlığı olmayanlar.
.
Hər yaxşını onlar yıxdı,
Yer var görən orda yoxdu?
Sizdə bəlkə bizdən çoxdu
Adamlığı olmayanlar.
21.04.2023
YEYİR HƏLƏ DƏRD ADAMI
Meydan harda, harda durduq,
Ərlikdən usandıq, doyduq?
Niyə çox vaxt tənha qoyduq
Hər meydanda mərd adamı?
Ərlikdən usandıq, doyduq?
Niyə çox vaxt tənha qoyduq
Hər meydanda mərd adamı?
.
İşimizin çoxu oyun,
İpimizin çoxu düyün.
Bəsdir daha öyündüyün,
Yeyir axı dərd adamı.
İşimizin çoxu oyun,
İpimizin çoxu düyün.
Bəsdir daha öyündüyün,
Yeyir axı dərd adamı.
.
Əyən yoxdu haqqa boyun,
Əjdahaya dönüb qoyun.
Canavara heykəl qoyun
Hər görəndə qurd adamı.
Əyən yoxdu haqqa boyun,
Əjdahaya dönüb qoyun.
Canavara heykəl qoyun
Hər görəndə qurd adamı.
SEVİNCİMLƏ YAŞIDSAN
(Qızım Günelə)
Tanrı səni verən gün
Dünyanı verdi mənə,
Sevincimlə yaşıdsan,
Sevincdən gözlərimdən
Süzülən göz yaşımsan,
Uca, uca başımsan!
Mən sənin təkcə atan,
Sən mənim hər şeyimsən,
Nə ağrı-acın varsa
Unut, qəlbindən çıxart,
Yaşa, məni də yaşat!
Canım qurbandı sənə,
Canımı versəm, yenə
Behiştin qapısını
Mənə açan mələkçün
Düşünürəm çox deyil.
Doğulandan mənimçün
Bircə fəsil var:yazdı.
Bu baharı ömrümə
Yaradanın izni ilə
Necə də gözəl yazdın.
Səndən doymaqmı olar?
Səndən doymaqçün qızım,
Bir ömür elə azdı…
19.04.2023
Tanrı səni verən gün
Dünyanı verdi mənə,
Sevincimlə yaşıdsan,
Sevincdən gözlərimdən
Süzülən göz yaşımsan,
Uca, uca başımsan!
Mən sənin təkcə atan,
Sən mənim hər şeyimsən,
Nə ağrı-acın varsa
Unut, qəlbindən çıxart,
Yaşa, məni də yaşat!
Canım qurbandı sənə,
Canımı versəm, yenə
Behiştin qapısını
Mənə açan mələkçün
Düşünürəm çox deyil.
Doğulandan mənimçün
Bircə fəsil var:yazdı.
Bu baharı ömrümə
Yaradanın izni ilə
Necə də gözəl yazdın.
Səndən doymaqmı olar?
Səndən doymaqçün qızım,
Bir ömür elə azdı…
19.04.2023