Baxmut təslim ola bilər

Baxmut təslim ola bilər

Rusiya və Ukrayna qüvvələri arasında qarşıdurmaların davam etdiyi Ukraynanın Baxmut şəhəri tezliklə Rusiyanın əlinə keçə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq son həftələr Baxmut və ətrafında sıx qarşıdurmaların yaşandığını, Rusiyanın bura daha çox əsgər yerləşdirdiyini vurğulayıb:

 “Baxmutun yaxın günlərdə təslim ola biləcəyini də gözardı edə bilmərik. Bu vəziyyətin müharibədə dönüş nöqtəsi olmayacağını vurğulamaq lazımdır. Ukraynanı dəstəkləməyə davam etməliyik”, – deyə Stoltenberq qeyd edib.


Share: