“Baxmutda vəziyyət kritikdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlaması zamanı bildirib.
“Vəziyyət kritikdir. Eyni zamanda qüvvələrimiz Litak bölgəsindəki xətti saxlayır. Hazırda Baxmutun bəzi sənaye və infrastruktur obyektlərinə və özəl sektoruna əsgərlərimiz nəzarət edir”, – deyə Malyar bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma başladığını qeyd edib.