ABŞ Prezidenti Co Bayden çıxışı zamanı bir ay əvvəl vəfat edən konqresmenlə danışmaq istəyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre Amerika bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, Bayden zalda avqust ayında ölən Nümayəndələr Palatasının üzvü, respublikaçı Ceki Valorskini axtarıb.
Bayden çıxışından sonra bir sıra siyasətçilərə təşəkkür edib və Ceki Valorskinin adını çəkib. ABŞ Prezidenti bir neçə dəfə “Ceki haradadır?” sualını verib.
Qeyd edək ki, 58 yaşlı konqresmen Ceki Valorski avqustun 3-də İndiana ştatı yaxınlığında avtomobil qəzasında vəfat edib.