Bayden: “ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

Bayden: “ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

“ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, lakin diplomatiyanın problemi həll etmək üçün ən yaxşı yol olduğuna inanmaqda davam edirik”, Bunu ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edərkən bəyan edib.

O, bildirib ki, nüvə müharibəsi heç vaxt başlamamalıdır, çünki bu savaşın qalibi olmayacaq.

Dövlət başçısı, həmçinin ölkəsinin BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu deyib. Baydenin sözlərinə görə, BMT-nin “müasir dünyanın tələbatlarına cavab verən şəkildə daha ​​əhatəli olmasının vaxtı çatıb”.

Mənbə: TASS

Share: