ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələr səsləndirməsinə səbəb ABŞ-nin təhlükəsizliyinə təhdidlər olub.
-nın məlumatına görə, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Söhbət Rusiyaya gəldikdə, Kirbi deyib ki, Birləşmiş Ştatların “ciddi milli təhlükəsizlik narahatlığı var”. Prezident Bayden isə Putin və Rusiya haqqında danışarkən “məhz buna fokuslanıb”.
Kirbi bildirib ki, ABŞ-nin milli təhlükəsizliyinə təhdidlər arasında Ukraynadakı münaqişə, Rusiya ilə Tehran arasındakı münasibətlər, eləcə də Rusiyanın kosmosda nüvə silahları yerləşdirmək planları var.