Bayden çinli həmkarı ilə 2 saatdan çox danışdı

ABŞ Prezidenti Co Bayden və çinli həmkarı Si Cinpin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Verilən açıqlamaya görə, onlar arasında Vaşinqtonda yerli vaxtla 08.33-də başlayan telefon danışığı saat 10:50-də başa çatıb.

Baydenin vəzifəyə gəldikdən sonra Si ilə keçirdiyi 5-ci görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib.

Ağ Ev görüşün təfərrüatları haqda hələ açıqlama verməyib.

Qeyd edək ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri son vaxtlar iki ölkə arasında gərginliyə səbəb olub.


Share: