Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumunun səbəblərindən biri də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə yəhudi dövləti arasında münasibətləri normallaşdırmaq istəyi olub.
-nın məlumatına görə, bu fikirləri cümə günü ABŞ prezidenti Co Bayden deyib.
“Düşünürəm ki, Husilərin, HƏMAS-ın hücum etmələrinin səbəblərindən biri mənim Səudiyyə Ərəbistanı ilə razılaşma əldə etmək və münasibətləri normallaşdırmaq istəməmdir. Demək istədiyim odur ki, İsraillə münasibətləri tam şəkildə normallaşdırın və bölgədəki dinamikanı dəyişmək üçün daha altı ərəb ölkəsini cəlb edin”, – prezident Ağ Evdə Amerika Merlərinin Konfransında çıxış edərkən deyib.