ABŞ Prezidenti Co Bayden koronavirusdan sağalıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin tviter hesabında məlumat paylaşılıb.
“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub. Doktor Kevin O’Konnordan Prezidentə yenilik”, – deyə məlumatda qeyd olunub.