“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri fonunda Pekindən Tayvanla bağlı əlavə hansısa addımlar gözlənilmir”.
Bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərə bildirib.
“Mən [Tayvandakı vəziyyətlə bağlı] narahat deyiləm, lakin onlar (Çin səlahiyyətliləri – TASS qeydi) tərəfindən çox addımlar atılır və bundan narahatam. Ancaq onların əlavə nəsə etmək niyyətində olduğunu düşünmürəm”, – deyə Bayden qeyd edib.
Mənbə: TASS