ABŞ Prezidenti Co Bayden dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makronu Ağ Evdə qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında açıqlayıb.
Bayden və həyat yoldaşı Cil Baydenin yanvarın 1-də Makron və həyat yoldaşını Ağ Evdə qonaq edəcəklərini deyən Jan-Pierre, bunun Bayden administrasiyası dövründə Makronun ABŞ-a ilk rəsmi səfəri olacağını bildirib.
Görüşdə ABŞ-ın ən qədim müttəfiqlərindən biri olan Fransa ilə ikitərəfli və regional hadisələrin müzakirə ediləcəyi bildirilib.