Bayden: “Pakistan dünyanın ən təhlükəli ölkərindən biridir”

Bayden: “Pakistan dünyanın ən təhlükəli ölkərindən biridir”

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Pakistan ölkədəki siyasi böhran fonunda nüvə silahına malik olduğu üçün dünyanın ən təhlükəli dövlətlərindən biri hesab olunmalıdır.

Bu barədə ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, pakistanlılar arasında heç bir birlik yoxdur və bu məqamın özü də nüvə ölkəsi üçün çox təhlükəlidir.

Xatırladaq ki, Pakistanda davam edən siyasi və iqtisadi böhran fonunda dünya ictimaiyyəti ölkədə nüvə silahı ilə bağlı vəziyyətə daha çox diqqət yetirir.

Mənbə: Rossaprimavera.ru

Share: