Bayden Rusiyanın “referendum”larına münasibət bildirdi

Bayden Rusiyanın “referendum”larına münasibət bildirdi

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynanın işğal altındakı bölgələrində keçirdiyi “referendum”ların nəticələrini tanımayacağını elan edib.

Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlarla bağlı bəyanatında bildirilib.

“Rusiyanın referendumları uydurmadır – Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququ kobud şəkildə pozaraq Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd etmək üçün saxta bəhanədir. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyaya əlavə sürətli və ciddi iqtisadi sanksiyalar tətbiq etməyə çalışacağıq. Birləşmiş Ştatlar Rusiyanın elan edəcəyi hər hansı uydurma nəticələri rədd etməkdə dünya üzrə tərəfdaşlarımızla və BMT nizamnaməsinin əsas prinsiplərinə hörmət edən hər bir dövlətin yanındadır. Biz Ukrayna xalqını dəstəkləməyə və Rusiyanın işğalına cəsarətlə müqavimət göstərmələrinə kömək etmək üçün onlara təhlükəsizlik yardımı göstərməyə davam edəcəyik”, – bəyanatda qeyd olunub.

Share: