ABŞ Prezidenti Co Bayden bu gün Pensilvaniya ştatında etdiyi çıxışda “Təhlükəsiz Amerika Planı” ilə bağlı açıqlamalar verib.
Bu plan silah cinayətlərinin azaldılması və ölkə daxilində zorakılığın qarşısının alınmasını nəzərdə tutur.
Bayden açıqlamasında ABŞ-da hücum silahlarını qadağan etməkdə qərarlı olduğunu bildirib.
O, Amerika xalqının ölkədə baş verən silah zorakılığından narahat olduğunu dilə gətirib.
ABŞ prezidenti 1994-cü ildə senatda vəzifədə olduğu zaman hücum silahlarına qoyulan qadağaya toxunub və bu qadağanı yenidən tətbiq etməkdə qərarlı olduğunu qeyd edib.
“Mən bu ölkədə hücum silahlarını qadağan etməkdə qərarlıyam. Mən bunu əvvəllər bir dəfə etmişəm və yenə də edəcəyəm”, – deyə Bayden vurğulayıb.
Mənbə: Haber Global