Bayden və Şolts Ukraynaya yardımı müzakirə edib

Bayden və Şolts Ukraynaya yardımı müzakirə edib

Almaniya kansleri Olaf Şolts çərşənbə axşamı, yanvarın 17-də ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib.

O bildirib ki, söhbət zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.

“Diqqət Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək məsələsi üzərində idi. Hər iki lider bu dəstəyin effektiv, davamlı və sıx koordinasiyada həyata keçirilməli olması barədə razılığa gəliblər”, – Hebestreit qeyd edib.


Share: