Baydenin iti Ağ Evdə daha bir nəfəri dişlədi

Baydenin iti Ağ Evdə daha bir nəfəri dişlədi

ABŞ Prezidenti Co Bayden və onun həyat yoldaşı Cill Baydenin Meycor ləqəbli alman çoban iti daha bir nəfəri dişləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.

Onun məlumatına görə, insident bazar ertəsi axşam saatlarında Ağ Evin cənub çəmənliyində baş verib, Milli Parklar Xidmətinin əməkdaşı xəsarət alıb.

“Bəli, Meycor gəzinti zamanı insanı dişləyib. Ehtiyat tədbiri kimi həmin şəxsə Ağ Evin tibb xidməti tərəfindən baxış keçirilib. O, ciddi xəsarət almayıb və iş başına qayıdıb”, – telekanal Cill Baydenin nümayəndəsi Maykl Larosanın sözlərini sitat gətirir.

Xatırladaq ki, bir müddət əvvəl Co Baydenin Meycor ləqəbli alman çoban iti Ağ Evin təhlükəsizlik xidməti əməkdaşını dişləməsinə görə müvəqqəti Delaver ştatına köçürülmüşdü. İtin üç yaşı olduğu bildirilir. ABŞ Prezidentinin digər iti Çemp isə 13 yaşındadır.

 

Share: