ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan noyabrın 4-də Ukrayna paytaxtı Kiyevə gizli səfər edib.
Sallivanın Ukrayna Prezidenti Volodimir Zelenski və daha bir yüksək vəzifəli məmurla qeyri-rəsmi görüş üçün gəldiyi bildirilir.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, Vaşinqtonun nümayəndəsi Ukraynanın paytaxtında Volodimir Zelenski və Prezident Ofisinin rəhbəri Andrey Yermakla gizli görüşüb.
Agentliyin istinad etdiyi mənbə söhbətin məzmununu açıqlamayıb. Həmçinin səfərin məqsədi barədə də ətraflı məlumat verilməyib.
Mənbə: İnosmi.ru