ABŞ prezidenti Co Baydenin səriştəsizliyi və siyasi mübarizədə Ədliyyə Nazirliyi və FTB-dən istifadə etməsi səbəbindən ABŞ-da demokratiya təhlükə altındadır.
xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Dayton şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Co Bayden demokratiyamız üçün böyük təhdiddir. Birinci səbəb onun səriştəsizliyi. Bundan əlavə, o, siyasi rəqibinə, yəni mənə qarşı mübarizədə Ədliyyə Nazirliyindən və FTB-dən istifadə edir. O, indiyə qədər ölkəmizdə olan ən pis prezidentdir. O, ən səriştəsiz prezidentdir”, deyə Tramp vurğulayıb.