Ölkəmizdə istifadə olunan hər bir vaksin təhlükəsiz və effektivdir. May ayının 6-dan etibarən 18 yaşdan yuxarı vətəndaşlar vaksinasiya prosesinə qatıla bilərlər.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O qeyd edib ki, vaksinasiyadan sonra qısa müddətdə normal həyata qayıda bilərik: “18 yaşdan yuxarı hər bir vətəndaşı vaksinasiya kampaniyasına qatılmağa çağırıram. Əzizlərinizi, doğmalarınızı düşünərək cəmiyyətin normal həyata qayıdışını vaksinasiya ilə təmin edə biləcəksiniz.
Peyvənd olunmaq digər qoruyucu vasitələrdən imtina etməyə icazə vermir”.
O qeyd edib ki, qarşıdan gələn bayram günləri zamanı əlavə məhdudiyyət tətbiq olunmayacaq.