Bayram kimi bayram – Əkbər  Qoşalı yazdı

Bayram kimi bayram – Əkbər  Qoşalı yazdı

“Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur”. – Bu sözlər Azərbaycanın dövlət başçısı İlham Əliyevin
Novruz bayramı münasibətilə Azərbaycan xalqına 18 mart 2021-ci ildə imzaladığı təbrikdəndir.
Prezidentin həmin gün imzaladığı başqa bir sənədsə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında”. Sərəncamdır.

Dövlət başçısının imzaladığı Əfv Sərəncamı 625 nəfərə şamil edilib. Sərəncamla:
– azadlıqdan məhrumetmə cəzalı 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib;
-azadlıqdan məhrumetmə cəzalı 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb;
-ömürlük məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib;
-azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad edilib;
-azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş doqquz nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib;
-islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib;
-cərimə cəzasına məhkum edilmiş 23 nəfər isə cəzadan azad edilib.

Prezidentin xalqa bu ilki Bayram təbrikində etdiyi arzuların bir hissə məhz Prezidentin öz Sərəncamı ilə həyata keçmiş oldu: əziz Novruz bayramı münasibətilə ürəklərdə baş qaldırmış diləklər həyata keçdi, neçə insan öz əzizinə qovuşdu! – Vətəndaşlara səadət arzulayan dövlət başçısı 625 ailənin, məhkumların bütün doğmaların bu bayramda səadət iqlimini təmin etdi.
Novruz bağışlama bayramıdır, xeyirxahlıq bayramıdır, inkişaf, tərəqqi bayramıdır! Məhz əcdadlarımız təbiətin əbədi nizamını öyrənib, bilib və onu bayramlaşdırıb – bu bayram nəsildən-nəslə, əsrdən-əsrə keçib, günümüzə öz qədimliyi və ən çağdaş çağırışlara cavab vermə imkanları ilə gəlib çıxıb. Budur, dünya azərbaycanlılarının gözünün nuru olan Müstəqil Azərbaycan Dövlətinin başçısı əcdadların ruhunu şad edib, Ali Baş Komandanı olduğu Müzəffər Ordu ilə tarixi zəfər qazanıb! Və əcdada, onların dövlətçilik irsinə, xəlqi duyğulara, eləcə də, təbiətin nizamına ehtiramını ifadə edərək, əcdad yadigarını müqəddəslik dərəcəsində dəyərləndirib. Novruzun xalqımızın dünyagörüşünün gələcəyə nikbin baxışının ifadəsi olması bu il həm də, Əfv Sərəncamında təcalla edib. Bir gündə imzalanan iki sənəd – biri təbrik, biri əfv! Biri o birinin davamı, inkası, təcallası, şəkillənməsi! Mübarək olsun!
Bizim milli varlığımızın dolğun təcəssümü də, mədəni sərvətlər xəzinəmiz də xalqcanlılığı, vətəncanlılığı, dövlətcanlılığı ehtiva edir! – Prezidentin öz müstəsna hüququndan yararlanaraq, müstəsna bayramda müstəsna qərar qəbul etməsi mart ayının çix ciddi hadisəsi olub, gələn aylarda da, ilboyu da, qarşı illərdə də öz xeyirxah nəticələrini göstərəcək.
Bəli, dövlət başçısı növbəti Əfv Sərəncamı imzalayıb.
Bu, 30 illik ağır işğala son verən Vətən Müharibəsindən sonra, müharibə günlərində xüsusi şəkildə tcalla edən dövlət-xalq birliyinin daha bir parlaq ifadəsidir.
Bu, ölkə başçısının əfv olunan insanlara, onların ailələrinə bayram sevinci bəxş etməsidir.
Novruz bayramını öz ev-eşiyində keçirmək bir xoşbəxtlikdir. Dəmir Yumruqla düşmənin başını əzən dövlətimizin, vətəndaşına humanizmin təntənəsini yaşatması çox gözəldir, qürurvericidir!
Dövlət başçısının öz sözləri ilə desək, “Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”! Bu bahardan pay düşən, işıq düşən bütün ömürlərə salam olsun!
Şuşada qalanan bayram tonqalına min alqış!
Şəhidlərimizə əbədi ehtiramımızı bir daha söyləyərək, itkinlərimizə tezliklə tapılmalarını, yaralı qazilərimizin sağalmasını Tanrıdan təmənna edirik!
Qalib ölkəyə əfvin və ədalətin hakim olması çox yaraşır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Share: