Bayramınız mübarək olsun- Uzaq səfərlər kapitanı yazır

Bayramınız mübarək olsun- Uzaq səfərlər kapitanı yazır

Nazim HƏBİBOB

Bu günlərdə xeyli sayda auditoriyası olan ”Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin yaddaşımızı təzələyən təbrik xarakterli bir məlumatı ilə tanış olduq. Məlumatda Azərbaycan Xəzər Dəniz Gəmiciliyinin yaranmaından 164 il ötdüyü xatırlanırdı. Doğurdan da dənizciliyin inkişafından bu günə qədər olan bu müddət çox qürurverici bir müddətdir.

Əsr yarımdan çox bu müddəti əhatə edən bu zaman kəsiyinin daha bir qürurverici məqamı isə, Azərbaycanın hər bir cəsur, qorxmaz dənizçisinin bu möhtəşəm tarixdə xüsusi payının olmasıdır.

Təbii ki, bu tarixin 40 ilə yaxın bir müddətində mənim də az da olsa, əməyim, zəhmətim, payım, həm də, nəyi isə deməyə haqqım vardır.
Bu gün bizim, nəinki Azərbaycan məkanında, adını Azərbaycanın və Dünyanın dənizçilik tarixinə yazan bəlli sayda dənizçilərimiz var.
Dənizçiliyin çox qədim tarixi var və bu tarixdə hələ neçə-neçə tədqiqatların obyekti ola biləcək sirli məqamlar, açılmamış və tədqiq olunmamış məsələlər var.
Arzu edirəm ki, şərəf və ləyaqət mücəssəməsi olan dənizçilər həmişə “dənizim var” deyə bilsin , İftixar yeri, qürur mənbəyi olan , mərd, cəsur Azərbaycan dənizçisi heç bir zaman dənizsiz, dəniz də dənizçisiz olmasın.
Unutmayaq ki, həyat da bir gəmidir,arzu edirəm ki, hər bir dənizçi “həyat” adlı bir gəminin kapitan körpüsündə dayanıb “xoşbəxtlik” adlı körpüyə doğru inamla irəliləsin və bu yolda heç bir qaya və aysberqlə qarşılaşmasın.
Bayramınız mübarək olsun!
Share: