Bayramovdan şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı

Bayramovdan şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

“Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” , – paylaşımda qeyd olunub.


Share: