Bekhemin 18 yaşlı oğlu 40 min dollarlıq yeni saatını göstərdi

Bekhemin 18 yaşlı oğlu 40 min dollarlıq yeni saatını göstərdi

Müğənni olmaq istəyən Kruz Bekhem atası Devid və qardaşı Romeo ilə birlikdə 18 yaşını qeyd edərkən qızıl “Rolex” saatını nümayiş etdirib.

“Rolex Submariner Date” modeli hazırda dəbdəbəli brendin rəsmi saytında 32,9 min funt-sterlinqə (təxminən 40 min dollara) satılır.

Saat qızılı qayış və mavi siferblata malikdir. Suya davamlı saat əsasən dalğıclar üçün nəzərdə tutulub.

Devid Bekhemin kiçik oğluna ilk dəfə deyil ki, məşhur İsveçrə brendindən saat hədiyyə edilir. Əvvəllər Kruz Bekhemə 16 yaşı üçün böyük gümüş “Submariner” hədiyyə edilmişdi. Paslanmayan polad qayışlı və qara siferblatlı bu modelin qiyməti 9,1 min funt sterlinqdir.

Mənbə: gazeta.ru

Share: