“Belə şeyləri yığışdırsınlar, xahiş edirəm adımdan istifadə etməsinlər…” – Güneyli aşıq gileyləndi…

Azərbaycan Yazıçılar Birliyin Güney Azərbaycan bölməsini  rəhbəri Sayman Aruzun diplom satdığı şairlərdən biri kimi yazıda adı çəkilən şair Aşıq İsa Qaraxanlı Təbrizdən Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq msələyə aydınlıq gətirib. 

O, haqqında səsləndirilən fikirlərin əsassız olduğunu bildirib:
“Bu nə bəladır bilmirəm məni gəlib tapıb, başağrısı çəkirəm. Kim mənə diplom veribsə, gəlsin desin ki, diplomu harda mənə veriblər? Heç kimə də nə pul verməmişəm, nə də diplom verən olmayıb. Neçə ildir oxuyuram. Mənə sadəcə fəxri fərman verilib və buna görə də bir qəpik də verməmişəm. Belə şeyləri yığışdırsınlar, xahiş edirəm adımdan istifadə etməsinlər.
Sayman Aruzdan yerlə-göy qədər razıyam, çünki mənə çox köməklik edib. Kim deyirsə ki, Sayman 150 manata diplom satıb başını daşa döyür. Hələ mən ölməmişəm, diriyəm. Koronavirusa görə Azərbaycana gələ bilmirəm. Mən həmin adamları məhkəməyə verəcəm. Mən aşığam, məndən nə istəyirsiniz? Otuz bir ildir aşıq sənətindəyəm, xidmət edirəm. Pul verib fəxri fərman alacamsa, onda niyə oxuyuram ki? Burdan da, Azərbaycandan da saysız fəxri fərmanlarım var”.
Qeyd edək ki, Axar.az saytı Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri, şair Sayman Aruzun 150 manata saxta diplom satdığını bildirib.
Vasif Əlihüseyn
Share: