Belə bir vaxtda yalnız Heydər Əliyev

Belə bir vaxtda yalnız Heydər Əliyev

HEYDƏR ƏLİYEV- 100

1990-cı ilin yanvar ayının 20-də nəinki Azərbaycanda, harada yaşadıqlarından asılı olmayaraq bütün soydaşlarımız ayaq üstə idilər. Hər kəs Sovet qoşunlarının Azərbaycanda törətdiyi vəhşiliyin şokunu yaşayırdı. Buna baxmayaraq, ökədən kənarda yaşayan məşhur azərbaycanlıların hamısı susurdu.

 

Heç biri ürək edib, bu haqsızlığa qarşı səsini ucalda bilmirdi. Nümunə üçün general-leytinant Kərim Kərimovu, akademik Fərman Salmanovu və s. görkəmli soydaşlarımızı göstərmək olar. Belə bir vaxtda yalnız Heydər Əliyev SSRİ-nin baş şəhəri Moskvada, necə deyərlər, Qorbaçovun beş addımlığında mətbuat konfransı keçirərək, bu hadisəyə bir azərbaycanlı kimi etiraz edib səbəbkarları lənətlədi. O zamanlar bunun nə qədər təhlükəli addım olduğunu, cəsarət tələb etdiyini izah etməyinə dəyməz. O vaxt xaricdə yaşayan məşhur azərbaycanlılar kimi, o da bu hadisəyə soyuqqanlı yanaşıb susa bilərdi. Amma onu buna vadar edən milli təəssübkeşlik, xalq sevgisi, vətənə məhəbbət idi. Bəlkə də Moskva ilk dəfə idi ki, Azərbaycanın üç rəngli bayrağını həmin mətbuat konfrasında görürdü. Hələ o vaxt biz rus imperiyasının müstəmləkəsi idik. Nə milli hökumət var idi, nə Elçibəy prezident idi, nə də ki, müstəqilliyə yetişməmişdik…

Bəlkə də həmin mətbuat konfransını əvvəldən axıradək əks etdirən tam video çəkilişi çox adam görməyib. Bu gün sizə lentə köçürülən həmin hadisəni təqdim etmək istəyirəm. Buyurub şahidi ola bilərsiniz.
Bəli, Heydər Əliyev böyük azərbaycanlı idi.

Elman Eldaroğlu

Share: