Belarus Böyük Britaniyadakı səfirini geri çağırdı

Belarus Böyük Britaniyadakı səfirini geri çağırdı

Belarusun Böyük Britaniyadakı səfiri geri çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz açıqlama verib.

O, Böyük Britaniyanın Belarus vətəndaşlarına qarşı sanksiya tətbiq etdiyini, buna görə də səfirinin geri çağırıldığını bildirib.

Qlaz, “Böyük Britaniyanın Belarus vətəndaşlarına və hüquqi şəxslərinə sistemli şəkildə zərər vurmağı hədəfləyən qeyri-dost addımları səbəbi ilə, ölkəmizin Londondakı diplomatik missiyasının müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb” qeyd edib.


Share: