Belçika polisi Brüsseldə terror aktı planlamaqda şübhəli bilinən 4 nəfər həbs edib.
“Le Matin” saytına istinadla xəbər verir ki, saxlananlardan biri 18 yaşlı gənc, digər 3 nəfər isə yeniyetmədir. Onların yazışmalarını ələ keçirən polis həmin şəxslərin terror aktı planlaşdırdığı qənaətinə gəlib.
Saxlananların Brüsseldəki evlərində aparılan axtarış heç bir nəticə verməyib. Polis evlərdəki kompüter və telefonları təhqiqat üçün götürüb.