Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.
-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın “112” teleqram kanalının məlumatına görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.
13:03
***
Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.
“Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm “, – deyə Belqorod vilayətinin qubernatoru Qladkov “Telegram” kanalında yazıb.