Ukrayna Silahlı Qüvvələrinin Rusiyanən Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
-nın Rusiya bürosu Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərin ikisi uşaq olub. Hücumda 111 nəfər yaralanıb. Yaralılardan da 15 nəfərinin uşaq olduğu bildirilib.
***
19.13
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
-nın Rusiya bürosu Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərin 2-si uşaq olub. 108 nəfər isə yaralanıb. Yaralılardan da 15-i uşaq olduğu bildirilib.
***
17:48
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanən Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
-nın Rusiya bürosu Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərin 1 uşaq olub, 45 nəfər isə yaralanıb. Yaralılardan da 4-nün uşaq olduğu bildirilib.
***
16:54
Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Bildirilib ki, vilayət mərkəzinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var.
İndiyə olan məlumata görə, 4 ölü, 11 yaralı qeydə alınıb.
Polis əməkdaşları şəhərin mərkəzinə gedən yolları bağlayıb. Hadisə yerinə təcili yardım maşınları çağırılıb.
Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi Belqorod sakinlərinə evlərini tərk etmək və sığınacaqlara getmək xahişi ilə müraciət edib.
Sakinlərdən elektrik enerjisini, qazı və suyu bağlamaları, zəruri əşyaları özləri ilə götürmələri və yaxınlıqdakı sığınacaqlara köçmələri xahiş olunub.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti ərazisi üzərində 13 raketi məhv etdiyini bildirib.