UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Öncə “Benfika” və “Brügge” meydana çıxıb. Lissabonda keçirilmiş matçda ev sahibləri rəqibinə böyük hesabla qalib gəlib.
“Çelsi” – “Borussiya” matçı isə 10 dəqiqə gec başlayıb. Bu, qonaqların stadiona gec gəlməsi ilə bağlı olub. “Zadəganlar” bu görüşdə rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart
“Çelsi” (İngiltərə) – “Borussiya” (Almaniya) 2:0
Qollar: Sterlinq 44, Havertz 53 (p)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
“Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) 5:1
Qollar: Rafa Silva 38, Qonsalo Ramoş 45+2, 57, Mario 71 (p), Neres 78 – Meyyer 87
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun – 2:0