Məşhur ingilis küçə rəssamı Benksinin Fransada bir binanın divarına çəkdiyi 1 milyon funt-sterlinq dəyərində “Brexit” tablosu bələdiyyənin qərarı ilə sökülə bilər.
Kulis.az xəbər verir ki, Benksi sözügedən rəsmi 2017-ci ilin mayında Fransanın Dover şəhərindəki binanın divarına çəkib. Şəkildə əlindəki çəkiclə Avropa Birliyi bayrağındakı ulduzu sındıran inşaat işçisi təsvir olunub.
Lakin məşhur rəsm bir gecədə yoxa çıxıb. Belə ki, 2019-cu ilin avqustunda bina müəmmalı şəkildə rənglənib. İndi həmin ərazidə abadlıq işləri aparıldığı üçün rəsm bütünlükdə sökülmək təhlükəsi ilə üz-üzə qalıb.
***
***