Benyamin Netanyahu hərbi kabinetin iclasını keçirib

Benyamin Netanyahu hərbi kabinetin iclasını keçirib

Benyamin Netanyahu hərbi kabinetin iclasını keçirib

İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinetin iclasını keçirib.

“Financial Times”a istinadən xəbər verir ki, toplantının gündəmini fövqəladə vəziyyətdə çevik fəaliyyət planının müzakirəsi təşkil edib.

Müzakirənin detalları açıqlanmasa da, analitiklər hesab edir ki, gündəmi İranın bölgədə gərginliyi artıran fəaliyyətinin qarşısını almaq təşkil edib. Onların qənaətinə görə, iclasda İranın İsrailin şimalındakı sərhədyanı hərbi obyektlərə zərbə endirməyə hazır olduğuna dair əməliyyat məlumatları müzakirə edilib.

Diqqətə çatdırılıb ki, həmin bölgədən sakinlərin əksəriyyəti artıq təxliyə olunublar.

Eyni zamanda iclasda müvafiq strukturların rəhbərlərinə İranın mümkün hərbi təxribatlarına hazır olmaq tapşırılıb.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailli həmkarı ilə telefon əlaqəsi yaradıb. Tərəflər İranın hücumu zamanı adı çəkilən ölkəyə hərtərəfli dəstəyin verilməsini müzakirə ediblər.

İsrail Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti və maddi-texniki təchizatının gücləndirilməsi ilə bağlı tapşırıq verib. Ölkənin arsenalındakı “Dəmir gümbəz” və digər strateji sistemlər yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Digər tərəfdən İsrail ordusunun məzuniyyətdə olan hərbi qulluqçuları təcili olaraq geri çağırılıblar.

Bu arada, Qərbin hərbi mənbələrindən bildirilib ki, İranın bu dəfəki mümkün eskalasiya zamanı ilk dəfə özünün yeni raket sisemləri potensialından istifadə edəcəyi istisna olunmur.

Qeyd edək ki, “IRNA” xəbər agentliyi Cümə günü İrana məxsus pilotsuz uçuş aparatlarının siyahısını yayıb. Bildirilib ki, onların arasında paytaxt Tehrandan 1600 kilometr məsafədəki obyektləri məhv etməyə qadir olanları da var. Bu rəqəm Tehranla Təl-Əviv arasındakı məsafənin göstəricisidir.

Share: