Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlin səfəri çərçivəsində Almaniya XİN rəhbəri Annalena Berbokla görüşüb.
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, bu gün Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.