İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq.
Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) – Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək.
Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.
Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) – Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq.