Beş il əvvəl yoxa çıxan təyyarə tapıldı – FOTO

Kuala Lumpur – Pekin aviareysini həyata keçirmiş Malaziyanın MH 370 təyyarəsi 2014-cü ilin 8 martında Hind okeanı üzərində itmişdi.

227 sərnişin və 12 ekipaj üzvünün olduğu təyyarə bir neçə ölkənin də iştirak etdiyi axtarışlara rəğmən, tapılmamışdı.

İtkin düşmüş təyyarənin axtarışlarını həyata keçirən həvəskar araşdırmaçı, ingiltərəli Vilson üç il öncə “Google”un xəritəsində Kamboca ətrafında təyyarə aşkarladığını iddia etmişdi.

Lan Vilsonun iddialarını araşdırarkən, “Google”un xəritəsində aşkar edilən cismin hərəkət halında olduğu müəyyənləşdirilib.

Aradan üç il keçəndən sonra Vilson iddialarına sadiq qalaraq, “Google”un xəritəsində təyyarənin Kambocada bir dağın üzərində olduğunu bildirib. Ekspertlər xəritədə görünən təyyarənin müharibə zamanından qaldığını ehtimal edirlər.

Ötən il təyyarəni təsbit etdiyi bölgəyə yollanan Vilson həyatını itirmək təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, növbəti dəfə sözügedən ərazidə axtarış etmək niyyətindədir.

Share: