Oktyabrın 13-ü Beyləqanda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Birinci Aşıqlı kənd sakini, 1963-cü il təvəllüdlü Pakizə Əliyeva özünü asaraq həyatına son qoyub. Onun ipdən asılı halda qalmış meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.