Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından istifadə qaydalarını pozanlar cərimələnəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “-Economics”ə verilən məlumata görə, beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə” blanklarından istifadə qaydalarının pozulması, “İcazə” blankının doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının başqa şəxsə ötürülməsinə görə də cərimələr müəyyən edilib.
Belə ki, sadalanan hallara yol verən fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək.