“Beynəlxalq incəsənətdə dekolonial aktivizm” – YARAT-da mühazirə

“Beynəlxalq incəsənətdə dekolonial aktivizm” – YARAT-da mühazirə

Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzində “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirəsi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, mühazirə tədqiqatçı Əfsanə Tahirovanın iştirakı ilə keçiriləcək.

Mühazirəsində müxtəlif ölkələrin sənətçilərinin öz mədəniyyətlərini “dekolonial” baxışla necə təmsil etdiklərindən bəhs ediləcək, həmçinin müstəmləkə olmuş ölkələrinin incəsənətinin müstəmləkəçilikdən hələ də təsirləndiyini, öz sənətlərində necə ifadə etdiklərini və digər amillər araşdırılacaq.

Əfsanə Tahirova, Azərbaycanda, Böyük Britaniyada və Avstraliyada təhsil alıb. Fərdi və kollektiv identiklik mövzusunu, müstəmləkəçiliyin identikliyə təsirini və nəsildən-nəslə ötürülən travmaların identikliyin formalaşmasındakı rolunu araşdırır. İncəsənəti identikliyin ifadəsinin vasitələrindən biri kimi tədqiq edir.

Mühazirə Azərbaycan dilində aparılacaq.

Share: