IFFHS 2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçuların adını açıqlayıb.
Klubların rəsmi beynəlxalq yarışlarında (qitə və dünya) vurulan qollar, eləcə də milli komandanın heyətində vurulan qollar hesablanıb.
Birinci yeri Lionel Messi (22 qol) tutub. İkinci yerdə Kilian Mbappe (21), üçüncü yerdə isə Xulian Alvares (15) qərarlaşıb.
Top 11-lik aşağıdakı kimidir:
1. Lionel Messi (Argentina) – 22 qol
2. Kilian Mbappe (Fransa) – 21
3. Xulian Alvares (Argentina) – 15
4-5. Erlinq Holand (Norveç) – 14
4-5. Sadio Mane (Seneqal) – 14
6-7. Robert Levandovski (Polşa) – 13
6-7. Pedro (Braziliya) – 13
8-11. Eldor Şomurodov (Özbəkistan) – 12
8-11. Rişarlison (Braziliya) – 12
8-11. Məhəmməd Salah (Misir) – 12
8-11. Kərim Benzema (Fransa) – 12