Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti koronavirusa yoluxdu

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti koronavirusa yoluxdu

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxın COVID-19 üçün verdiyi test müsbət çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı komitənin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, Baxın karantin rejimi davam etsə də, o, onlayn görüşlər keçirməyə hazırdır.

Prezidentin koronavirusa yoluxması BOK rəsmilərinin bu həftə İsveçrədə keçiriləcək görüşlərini təxirə sala bilər.

 

 


Share: