Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Uludağ Universiteti Əməkdaşlıq Protokolu imzaladı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Uludağ Universiteti Əməkdaşlıq Protokolu imzaladı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Kulis.az xəbər verir ki, sözügedən protokolu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından prezident Günay Əfəndiyeva, Bursa Uludağ Universiteti adından isə rektor Ahmet Saim Kılavuz imzalayıb.

Sənəd Fond və Universitet arasında Türk dövlətlərinin mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, Universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, Fondun beynəlxalq tədbirlərinə Universitetin akademik heyətinin qatılması kimi maddələri özündə ehtiva edir.

Protokol gələcəkdə Fond və Universitet arasında Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, 1975-ci ildə əsası qoyulan Bursa Uludağ Universiteti Türkiyənin ən böyük Təhsil ocaqlarından biridir. Universitetin nəzdində 4 institut, 15 fakültə, 3 kollec, 15 peşə məktəbi fəaliyyət göstərir və təhsil müəssisəsinin 61000-dən artıq tələbəsi var.

Share: