Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda şəhidlər anlıldı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda şəhidlər anlıldı

Sentyabr 2022-ci il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Azərbaycan Respublikasında Anım Gününün 2-ci ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən ”Anım Günü” Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək xalqın tarixinə qızıl hərflərlə Zəfər yazmış və Türkün gücünü bütün dünyaya nümayiş etdirmiş Şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsinin bir nümunəsidir. 27 sentyabr eyni zamanda Zəfər tarixinin başlandığı və bütün Türk Dünyasının qürurla xatırladığı bir gündür.

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu Zəfər uğrunda Şəhidlik zirvəsinə ucalan Vətənin qəhrəman övladlarına Allahdan rəhmət diləyir və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Share: