Beyrutda girov qalan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin heyəti azad olundu

Beyrutda girov qalan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin heyəti azad olundu

“Palmali Holding” şirkətinə məxsus olan və artıq  bir ilə yaxın bir müddətdə  Beyrutda girov kimi saxlanılan “Kapitan Nağdaliyev” quru-yük gəmisinin 4 nəfər heyət üzvü azadlığa buraxılııb. M

Müstəqil.Az  bildirir ki, bu haqda Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə gəminin kapitanı Nəbiyev Samiq Əliyar oğlunun  qardaşı Namiq Nəbiyev məlumat verib. Onun bildirdiyinə görə dünən axşam saatlarında ekipaj üzvlərinin hamısı azadlığa çıxıb, Vətənə qayıdırlar.

heyyət üzvünün dözülmız vəziyyətdə olması ilə bağlı Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə yazılı müraciət edib. O, dənizçilərimizin düşdüyü çıxılmaz vəziyyətin ictimailəşdirilməsini və heyyət üzvlərinin tezliklə azad olunaraq vətənə dönmələri istiqamətində görüləcək işlərə yardımçı olmağ xahiş edib.

Xatırladaq ki, DSD İB-nin araşdırmalarından sonra məlum olmuşdu ki,  gəmini  heyyət üzvüləri, Bayramov Qədir Baxşəli oğlu, İstomin Aleksandr Lvoviç, Əliyev Nemət İsabala oğlunun sənədləri əllərindən alnıbmış. Heyyət və gəmi girov saxlanılırdı. Gəminin 12 heyyət üzvü olub və 2020-ci  ilin may ayından Livan məhkəməsi tərəfindən həbs edilibmiş. Heyyətin 2 üzviRusiya, 10 nəfəri isə Azərbaycan vətəndaşı olub. Hazırda yuxarıda deyildiyi kimi gəmidə 4 nəfər heyyət üzvü saxlanılır. Heyyət üzvləri uzun müddət idi ki maaş ala bilmirdi.


Gəminin Livan məhkəməsinin qərarı ilə saxlanılmasınıa səbəb”Palmali Holding”şirkətinin sahibi, tanınmış azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun  həbs edilməsindən sonra şirkətin maliyə böhranı yaşaması və bəzi bank kredit borclarını ödəyə bilməməsidir.

 

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli ilk gündən Müstəqil.Az-a xoşagəlməz hadisə ilə bağlı açıqlamasında bildirmişdi ki,  hadisələri nəzarətdə saxlayır və girov saxlanılan dənizçilərimizin tezliklə Vətənə qayıtması istiqamətində müvafiq tədbirlərin görülməsi,  hadisələrin gedişinin ictimailəşdirməsində bacardıqlarımızı əsirgəməyəcəyik.

Müstəqil.Az

Share: