Gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirilib.
REAL-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” səhifəsində məlumat verib.
Komitə sədri qeyd edib ki, əməliyyatçıların peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə -heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.