Biləsuvarda dəm qazından zəhərlənmələr baş verib.
– nın cənub bürosunun verdiyi xəbərə görə, son günlər ərzində Biləsuvarda 3 fakt üzrə dəm qazından zəhərlənmələr qeydə alınıb. Müxtəlif ünvanlarda qeydə alınan faktlar üzrə ümumilikdə 4 nəfər rayon xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardımlar göstərilib, həyatları üçün heç bir təhlükə olmayıb.