Biləsuvarda avtomobil aşıb.
APA xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib.
Avtomobilin aşması nəticəsində Bakı şəhər sakinləri – 1971-ci təvəllüdlü Sevda Süleymanova və 1975-ci il təvəllüdlü Əntiqə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.