Biləsuvarda falçı adıyla insanların qızıl-zinət əşyaların mənimsəyən qadın saxlanıldı…

Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

Müstəqil.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Elena Pavlovna Kalaşnikova Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etiyi mürəciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb. Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən fırıldaqçı qadın müxtəlif vaxtlarda Astara, Şirvan , Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda oxşar cinayət əməlləri törədərək vətəndaşların pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Elena Pavlovna istintaqa verdiyi ilkin ifadə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq və soyğunçuluqda ittiham edilərək 9 il məhkumluq həyatı yaşayıb.

Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) “Report”un yerli bürosuna bildirilib ki, Elena Pavlovnanın oxşar cinyət əməllərindən zərəçəkən şəxslərin Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Faktla ağlı araşdırmalar aparılır.

Share: