Biləsuvarda naməlum traktorun vurduğu piyada ölüb

Ötən gün axşam saatlarında Biləsuvarda traktorla vurulan piyada həyatını itirib.

 

 

Müstəqil.Az – ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonunun ərazisində müəyyən edilməyən traktorla Cəbrayıl rayon sakini Zaur Yunusov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

 

Cəbrayıl RPŞ tərəfindən araşdırma aparılır.

 

Müstəqil.Az

Share: