Biləsuvarda baş verən qəzada ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.
-nın cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının 88-ci km-də Biləsuvar rayonu ərazisində baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsus olub.
Faktla bağlı araşdırma davam etdirilir.
***
12:28
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.